2021/05/13000-1620979654.jpg

line
Adı: Bəşirov
Soyadı: Hakim
Ata adı: Nizami
Doğum tarixi: 02.03.1989
Şəhid olub: 20.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Hakim Nizam oğlu Bəşirov 1989-cu il, martın 2-də İmişli rayonunun Əliyetməzli kəndində anadan olub. Uşaqlığından vətənpərvər olması ilə seçilib. Tanıyanlar onun sakit, təmkinli və səbrli olduğunu deyirlər.

Vətənə olan sevgisi ailədən qaynaqlanan şəhidimizin əmisi Rövşən Bəşirov heç 18 yaşı tamam olmadan ərizə yazaraq, könüllü şəkildə 1992-1996-cı illərdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Leytenant Hakim Bəşirov döyüşə yollandığı gün əmisinə zəng edərək, “Əmi, mən gedirəm” deyib. Əmisi “Hakim, çox keçməz, yanındayam” desə də, sözünü tuta bilmədiyi üçün çox təəsüflənir.

Döyüş yoldaşlarının sözlərinə görə, Hakim yaralanan vaxt səngərdə əsgərləri də olub. Leytenant Bəşirov əsgərlərinə “Çıx!” komandası verib, özü orada qalıb. Minomyot qəlpəsi ilə yaralanan Hakim elə səngərdəcə şəhid olub.

Azərbaycan Ordusunun leytenantı Hakim Bəşirov Vətən Müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərib. Oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhadətə yüksəlib. Oktyabrın 23-də İmişli rayonunun Əliyetməzli kəndində, babasının məzarının yanında dəfn edilib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Hakim Bəşirov ölümündən sonra "Vətən uğrunda" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Hakimin döyüşlər zamanı göstərdiyi qəhrəmanlıq bu gün də hərbiçi dostları tərəfindən danışılır, xatirəsi daim yad edilir.