2021/05/15096-1620980444.jpg

line
Adı: Ziyad
Soyadı: Muradov
Ata adı: Muradxan
Doğum tarixi: 03.02.1991
Şəhid olub: 20.10.2020
Rütbəsi: Çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Ziyad Muradovdur.

Ziyad Muradxan oğlu Muradov 1991-ci il fevralın 3-də Nərimanov rayonunda anadan olub.

Ziyad Muradov 29 illik ömrünün cəmi iki ilini doğulduğu torpaqda yaşayıb. İgidimiz həmişə Vətən həsrəti, torpaq sevgisi ilə böyüyüb.

Ziyad Muradovun Vətən sevgisi ilə yanaşı şeirə, poeziyaya da marağı olub. O, şeirlərində daima bu nisgili, hicranı dilə gətirib. “Qarabağlı” ləqəbini də özünə Vətənə olan sevgisindən götürüb. Şəhidimizin arzusu isə ölkəmizin ərazi bütövlüyünü təmin etmək və ailəsini Qarabağa aparmaq olub.

Azərbaycan Ordusunun çavuşu olan Ziyad Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyad Muradov oktyabrın 20-də Hadrut döyüşləri zamanı şəhid olub. Nərimanov rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.