Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Naxçıvanın Şahbuz rayonun Nursu kənddində dünyaya göz açmış Niftəlizadə Niyamin Xaliq oğludur.
Niyamin Niftəlizadə Халиг оглы 15.01.1997-ci ildə anadan olub.İkinci Qarabağ döyüşlərində könüllü olaraq yazılaraq cəbhəyə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Niyamin Niftəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Xətai rayonunda yaşayıb. Piyada döyüşçüsü olan Niyamin düşmənin iki tankını məhv edərək, iyirmiyə yaxın döyüş yoldaşlarının (zabit və gizirlərinin) həyatını xilas edərək 07.10.2020-ci ildə Füzuli rayonu kənd Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyamin Niftəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyamin Niftəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.