2021/05/ayxan-1621057857.jpg

line
Adı: Cəfərov
Soyadı: Ayxan
Ata adı: Cəmaləddin
Doğum tarixi: 06.09.1996
Şəhid olub: 15.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Cəfərov Ayxan Cəmalləddin oğlu 1996-ci ilin sentyabrın 6-da Cəlilabad rayonun Üçtəpə kəndində anadan olub. 2015-ci ilin iyul ayında hərbi xidmətə çağrılıb. Hərbi xidmətdə olduğu müddətdə kəşfiyyatçı ixtisası üzrə kurs keçib.

Ayxan 2016-ci ilin aprel döyüşlərində iştirak edib. Hərbi xidməti başa çatdırdıqdan sonra ehtiyata buraxılıb.

2020-ci ilin 27 sentyabrında cəbhədə yaranan vəziyyəti eşidən Ayxan Müdafiə Nazirliyinə kəşfiyyatçı olduğunu və döyüşlərdə iştirak etmək istədiyini yazıb. Sentyabrın 28-də yenidən hərbi xidmətə çağırılıb. Ağcabədi korpusunun könüllülər dəstəsinin tərkibində Füzuli bölgəsində döyüşüb.

Füzuli döyüşlərində snayper kimi iştirak edən Ayxan Cəfərov 15 oktyabr 2020-ci ildə düşmənlə üzbəüz döyüşdə qəhrəmancasına şəhid olub. İki gün sonra Cəlilabad rayoununun Üçtəpə kəndində dəfn edilib.

Göstərdiyi qəhrəmanlıqlara görə Vətən uğrunda, "Qubadlının azad olunmasına görə", "Cəbrayıln azad olunmasına görə" medalları ilə təltif edilib.