2021/05/14307-1621058102.jpg

line
Soyad: Ağahüseynl
Ad: Səyyad
Ata adı: Əliyar
Doğum tarixi: 30.01.2002
Şəhid olub: 20.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Səyyad Əliyar oğlu Ağahüseynli 30 yanvar 2002-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində dünyaya göz açıb. Zəhmətkeşliyi və bacarığı ilə digər həmyaşıdlarından seçilən Səyyad hələ uşaqlıqdan hərbi xidmətə böyük maraq göstərib. Bu da onun erkən yaşlarından vətənpərvər ruhda böyüməsindən irəli gəlib.

Orta təhsilini başa vurduqdan sonra Səyyad hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda təcrübəli əsgər kimi döyüş meydanına atılan Səyyad qısa müddət ərzində düşmənin qorxulu kabusuna çevrilən qəhrəmanlarımızdan biri kimi tanınıb.



İşğal altındakı torpaqların azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşan Səyyad düşmənin xeyli sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində yaxından iştirak edib. O, bir sıra ağır əməliyyatlarda dəfələrlə şəxsi şücaətləri ilə seçilib. Buna görə də əsgər yoldaşları arasında böyük hörmət qazanıb.

Sonuncu dəfə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşan əsgərimiz oktyabrın 20-də döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Səyyad Ağahüseynli oktyabrın 21-də Cəlilabad rayonunun Qarazəncir kəndində dəfn edilib.

Şəhidimiz Vətən müharibəsindəki xidmətlərinə görə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü" , "Cəbrayılın azad olunmasına görə" "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.