İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır. Vətəni sevmək, onu düşmənlərə verməmək, hər bir hücum ehtimalına qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs vəzifədir. Bu vəzifəyə sadiq olaraq doğma yurdunu yenidən azad görmək üçün qəhrəmanlıq göstərən igidlərimizdən biri də Cəlilabad rayonundan olan şəhidimiz Nadirli Kənandır.
Nadirli Kənan İlqar oğlu 2000-ci il fevralın 2-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub.
Kənan könüllü olaraq İkinci Vətən müharibəsində iştirak edib. Qəhrəmanımız Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olmuşdur.
Göstərdiyi qəhrəmanlıqlara görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.