2021/09/ehmed-1633027478.jpg

line
Adı: İsgəndərov
Soyadı: Əhmədağa
Ata adı: Novruz
Doğum tarixi: 20.09.1989
Şəhid olub: 07.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi və 30 illik nifrət hissi, qisas əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, məzarı önündə səcdə etdiyimiz şəhidlərdən biri də Əhmədağa İsgəndərovdur.

Əhmədağa Novruz oğlu İsgəndərov 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli pilot-orta məktəbinin birinci sinifinə gedib. 2007-ci ildə həmin məktəbi bitirib və 614 balla Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakültəsinin Menecment ixtisasına qəbul olunub, "əlaçı" təqaüdünə layiq görülüb. Universitetdə təhsil aldığı müddətdə ixtisasını dərindən mənimsəyib. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olan Əhmədağa elə həmin il Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmətə çağırılıb. Mingəçevir şəhəri “N” saylı hərbi hissəsində xidmət edib və 2012-ci ildə xidmətini başa vurub.



Əhmədağa İsgəndərov hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir sıra təkmilləşdirmə kurslarında iştirak edib. 2013-cü ildə satış və distrübütorluq sektorunda ölkənin aparıcı şirkəti olan Veysəloğlu Şirkətlər Qrupunda İnsan Resursları mütəxəssisi olaraq peşəkar fəaliyyətə başlayıb və İnsan Resursları əməliyyatları bölmə müdiri vəzifəsinə qədər yüksəlib. 2018-ci ildən etibarən peşəkar fəaliyyətini ölkənin önəmli restoranlarını özündə birləşdirən Saffron Restoranlar Qrupunda davam etdirib. Əhmədağa İsgəndərov Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, kadr inzibatçılığı və əmək haqqı sahəsində ölkənin aparıcı ekspertlərindən biri idi.

Şəhidimiz ailəli olub, bir övladı yadigar qalıb.





Əhmədağa İsgəndərov 21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılıb, 27 sentyabrda başlayan Vətən müharibəsinin ilk günlərindən cəbhədə döyüşlərə qatılıb. Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində ordumuzun uğurlu əməliyyatlarında iştirak edib. Əhmədağa İsgəndərov 7 oktyabrda Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhidliyə yüksəlib. Bir gün sonra Kürdəxanı qəbristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən şəhid Əhmədağa İsgəndərov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.