2021/05/13025-1621073002.jpg

line
Adı: Fərhadov
Soyadı: Cəlaləddin
Ata adı: Elxan
Doğum tarixi: 01.05.2001
Şəhid olub: 08.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Vətən üçün özünü qurban vermək, onun yolunda qəhrəmanlıq göstərmək, döyüşmək, düşmənə qarşı mübarizə aparmaq hünər, mərdlik işi olmaqla yanaşı, həm də doğma yurda, Vətənə sevgi hisslərini özündə cəm edən böyük ürək tələb edir. Qanı, canı bahasına tarix yazan ər qeyrətli, hünərli igidlərimiz Vətən sevgisini içində daşıdığı o böyük ürəkləri ilə Qarabağımızı xilas etdilər. Biz o oğullarımızın qəhrəmanlığı, qorxmazlığı və şücaəti sayəsində haqq savaşını zəfərlə başa vurduq. Azərbaycan eşqi, bayraq sevgisi ilə silahlanan ərənlərimiz qanları ilə tarix yazaraq öz adlarını Azərbaycanın zəfər tarixinə yazdırdılar.

Belə qəhrəman, qorxmaz, vətənpərvər oğullarımızdan biri də şəhid Fərhadov Cəlaləddin Elxan oğludur. Cəlaləddin Elxan oğlu Fərhadov 01 may 2001-ci il tarixində Ağdaş rayonunda ailənin son beşiyi olaraq dünyaya gəlib. Ağdaş rayonu 1 saylı orta məktəbin I sinfinə qəbul olunub, 2018-ci ildə məktəbi bitirib. 16 yaşında atasını itirən Cəlaləddin həyata tez atılmalı olub. Anası və bacılarına maddi dəstək olmaq üçün təhsilini davam etdirməyi dayandırıb, müxtəlif işlərdə çalışıb.



Cəlaləddin 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun baş çavuşu olan Fərhadov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xovavənd və Şuşa rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il noyabrın 8-də Şuşa qələbəsindən 2 saat sonra şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Cəlaləddin Fərhadov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.



Şəhidimizin bacısı Arzu xanım qardaşı haqqında fikirlərini bölüşür, onun şərəfli döyüş yolundan danışır:

"Cəlaləddin mənə həm qardaş, həm də ata olub. Baxmayaraq ki, məndən 3 yaş balaca idi. Biz bacımla tələbə idik və atamız rəhmətə getdikdən sonra anamla qardaşım işləyib bizi oxudublar. Aramızda ən savadlı o idi, amma həm bir az dəcəlliyinə, həm də evin məsuliyyətinə görə oxumadı. Anam deyir ki, "Sizi oxutdum, amma onun üçün heç nə edə bilmədim...”

Aysel deyir ki, Cəlaləddin çox mehriban, zarafatcıl və kini olmayan biri idi:

"Bizə güldən ağır söz deməzdi. Lakin bir o, qədər də qəmli idi. Ailənin bütün yükünü çiyinlərində daşıyırdı. Bəlkə də ona görə tez böyüdü. Yaşından böyük düşünürdü. Bu xasiyyətinə görə böyüklərin hörmətini qazanmışdı. 60-70 yaşında dostları vardı".

Şəhidin bacısı deyir ki, son günə qədər qardaşının ön cəbhədə olduğunu bilməyiblər:

"Hərbi xidmətdə olanda bizə heç vaxt deməmişdi. Təkcə dayımgil onun qabaqda olduğunu bilirdi. Həmişə danışanda bizi arxayın edirdi. Deyirdi ki, "Mən arxadayam, narahat olmayın hər şey yaxşıdı, ac qalmıram. Gələndə sizə çox şey danışacağam”... Çox həvəsli idi , qorxusu yox idi , vuruşmaq istəyirdi. Hətta bir dəfə Cəlaləddin komandirini yanan tankdan çıxarmışdı. Şuşada olanda yoldaşları ondan yaşca böyük könüllü əsgərlər idi. Aralarında ən kiçik qardaşım olub.

Sonuncu dəfə bizimlə şəhid olmamışdan 15 gün əvvəl danışmışdı. Dedi, "Yaxşıyam, bizim üçün dua edin”. Yoldaşları bizə dedi ki, 4 gün ac qalıb və Şuşanın alınmasından bir gün öncə axşama mürəbbə saxlayıbmış. Səhərə yaxın yoldaşlarına "bu gün şəhid verəcəyik" deyib...