2021/05/Elvin-1621079291.jpg

line
Adı: Qədirov
Soyadı: Elvin
Ata adı: Azər
Doğum tarixi: 05.05.2001
Şəhid olub: 27.09.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Elvin Azər oğlu Qədirov 2001-ci il mayın 5-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb.

Elvin Qədirov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Elvin Qədirov sentyabrın 27-də Ağdam döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb .

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.