2003-cü ildə isə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsilini davam etdirmişdir. 2011-ci ildə Təlim Tədris Mərkəzini bitirən İmran leytenant rütbəsi alaraq Füzuli rayonunda taqım komandiri vəzifəsi ilə hərbi xidmətinə başlayıb. 9 il orada xidmət etdikdən sonra Beyləqanda tabor komandirinin müavini kimi xidmətini davam etdirib. Hərbi xidmət müddətində
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun kapitanı olan İmran Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.
29 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən kapitan İmran Qurbanov ölümündən sonra
"Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
memorial.az