2021/05/Scree-1621088120.jpg

line
Soyad: Cəfərov
Ad: Mətləb
Ata adı: Məhəmməd
Doğum tarixi: 19.11.1977
Şəhid olub: 20.11.2020
Rütbə: Baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Cəfərov Mətləb Məhəmməd oğlu 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində dünyaya göz açıb. 9-cu sinfə qədər bu kənddə, iki il isə paytaxt Bakıda liseydə oxuyub. Orta təhsili bitirdikdən sonra Mətləb ovaxtki Kənd Təsərrüfatı İnstitutuna daxil olub. Ali məktəbi bitirdikdə ona leytenant rütbəsi verilib.

Hərbi xidmət üçün ordu sıralarına qatılan leytenant Cəfərov xidmətini başa vurub və ehtiyatda olan zabit olaraq baş leytenant kimi tərxis olub. 2-ci “Qarabağ müharibəsi” başlayanda könüllü olaraq orduya yazılıb. Adına çağırış gəlmədikdə bir daha rayon komissarlığına müraciət edib təkidlə döyüşə getmək istədiyini bildirib. Nəhayət, oktyabrın 16-sı ailə üzvləri ilə halallaşaraq cəbhəyə yollanıb, qızğın döyüşlərin iştirakçısı olub, böyük şücaətlər göstərib. Baş leytenant Cəfərov noyabr ayının 2-si Qubadlı uğrunda gedən döyüşdə ağır yaralanıb. 18 gün koma vəziyyətdə qalan Cəfərov noyabrın 20-si, yəni doğum günündən bir gün sonra şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.