2021/05/Scree-1621841874.jpg

line
Adı: Abbasov
Soyadı: Toğrul
Ata adı: Bayram
Doğum tarixi: 31.12.1990
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Toğrul Bayram oğlu Abbasov 1990-cı il, dekabrın 31-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. Anasını kiçik yaşlarında itirib. Vətən ona hər iki mənada ana olub. Vətənə, torpağa olan sevgisi onu hərbçi peşəsinə bağlayıb. N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günündə şəhid olub.

Şəhidin atası Bayram Abbasov bildirib ki, Toğrulun ən böyük arzusu işğalda olan torpaqlarımızın azad edilməsi idi: "Öz arzusuna çatdı. Onu heç kəs məcbur etmədi. Torpaqları yağı düşməndən azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyirdi. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid oldu".


Toğrul Abbasov 7ay əvvəl ailə həyatı qurmuşdu. Ata olmağa hazırlaşırdı. Bu barədə şəhidin bibisi Asya Şəmmədova danışıb: “Övladını görmək nəsib olmadı. Arzusu var idi, əgər qızı olarsa, adını Yağmur qoyacaqdı. Biz onun arzusunu yerinə yetirdik. Vətən sağ olsun".

Şəhidin qardaşı Cavad Abbasov Toğrulun mərd, cəsarətli, vətənpərvər olmaqla yanaşı, həm də ailəcanlı olduğunu qeyd edib: "Axırıncı dəfə atamla danışanda deyib ki, hər şey yaxşıdır. Narahat olmayın. Vətən müharibəsinin ilk günündə şəhid oldu. Mən qardaşımla fəxr edirəm", - deyə Cavad bildirib.

Toğrul Abbasov doğulub boya-başa çatdığı doğma kəndində dəfn olunub. Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.