2021/05/Rasha-1621111572.jpg

line
Adı: Məmmədov
Soyadı: Rəşad
Ata adı: Asif
Doğum tarixi: 08.04.1987
Şəhid olub: 06.11.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Rəşad Asif oğlu Məmmədov 1987-ci il aprelin 8-də Bakı şəhərində anadan olub. 1994 - cü ildə 116 nömrəli tam orta məktəbdə təhsilə başlamışdır, 2004-cü ildən təhsilini 14 saylı Peşə Liseyində davam etdirmişdir. 2006-cı ildə həmin liseydən məzun olmuşdur. Subay idi

2006-ci ildə "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlamış, 2007-ci ildə tərxis olmuşdur. Daha sonra 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizir hazırlığı kursu keçmiş, "Piyadanin Döyüş Maşını komandiri" ixtisasına yiyələnmiş və gizir hərbi rütbəsi ilə Naxçıvan Muxtar Respublikasında Döyüş Maşını komandiri vəzifəsində həqiqi hərbi xidmətə başlamışdır. Müxtəlif hərbi hissələrdə xidmət edən Məmmədov Rəşad, son olaraq "N" saylı hərbi hissədə Döyüş Maşını komandiri vəzifəsinə təyin edilmişdir. 27 sentyabrdan başlayaraq İkinci Qarabağ Müharibəsində iştirak etmiş Qubadlı , Füzuli , Şuşa uğrunda döyüşlərdə savaşmış, Qubadlı uğrunda döyüşlərdə yaralanmışdır, 6 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında komandiri olduğu Döyüş maşınının şəxsi heyəti ilə birlikdə şəhid olmuş, 3 dekabr 2020-ci ildə ailəsinə təhvil verilmişdir. Əhmədli qəbristanlığında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


memorial.az