Teymur Faiq oğlu Abdullazadə 2001-ci il iyunun 24-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri Teymur Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında başlayan İkinci Qarabağ Müharibəsinə qatılıb. Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənə qarşı savaşıb. Teymur oktyabrın 8-də Ağdərədə şəhid olub, doğulduğu Biləsuvar rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ölkə başçısının digər Sərəncamlarına uyğun olaraq Teymur Abdullazade ölümündən sonra "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.