Əliyev Səbuhi Teyyub oğlu 1983- çi ildə Beyləqan rayonunun Əlinzərli kəndində anadan olub.
2008- ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan ordusunda xidmətə başlayıb. Təlim-tədris mərkəzində kurs keçdikdən sonra gizir rütbəsində xidmətini davam etdirib. 13 illik xidməti dövründə top və zirehli döyüş maşını komandiri olub.
Vətən müharibəsində Ermənistan ordusuna məxsus zirehli texnikaları və canlı qüvvəni dəqiq atəşlə məhv edib.
Səbuhi Əliyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Səbuhi Əliyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Səbuhi Əliyev ölümündən sonra
"İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Əliyev ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.