Hafiz Xalid oğlu Abdurrəhmanov 1989-cu il noyabrın 21-də Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub.1997-2005-ci illərdə S.Rüstəmov adına tam orta məktəbdə təhsil alıb. 2005-2008-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub.
Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 2012-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2012-2013-cü illərdə Texniki Təlim Mərkəzində təhsil alıb.
Hafiz 2013-cü ildən Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 2014-cü ilin əvvəlindən Qusar rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb. 2015-ci ildə baş leytenant rütbəsinə yüksəlib.
2015-ci ilin payızından etibarən Bakı şəhərində yerləşən N saylı hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirib.
2019-cu ildən xidmətə Tərtər rayonunda yerləşən N saylı hərbi hissələrdən birində mühəndis-istehkam bölük komandiri kimi davam edib.
2020-ci ilin 26 iyun tarixində kapitan hərbi rütbəsini alıb.
Azərbaycan Ordusunun kapitanı Hafiz Abdurrəhmanov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qoşulub. Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Hafiz Abdurrəhmanov noyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Abdurrəhmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə ölkə başçısının Sərəncamına əsasən Hafiz Abdurrəhmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə də təltif edilib.