Qasımzadə Hüseyn Həsənxan oğlu 8 iyul 2001-ci ildə Cəlilabad rayon Sərhədabad kəndində doğulub
3 iyul 2019-cu ildə hərbi xidmətə çağırılıb.
Vətən Müharibəsinin ən gənc iştirakçılarından olub.
6 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından əbədiyyətə qovuşub.
Həqiqi hərbi xidmətdən evə buraxılmağın 2 ay qalmış ŞƏHİDLİK zirvəsinə ucalan Qasımzadə peşəkar boksla məşğul idi, arzuları var idi.