Cavid 8 yanvar 2020 - ci ildə müddətli hərbi xidmətə yollanıb. 27 sentyabr 2020 - ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində iştrak edib.
Cavid Əliyev Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonları uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Ən son
3 noyabr 2020 - ci ildə Şuşa rayonu uğrunda gedən döyüşlərdə yaralı komandirini xilas etmək istəyərkən, qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. 6 noyabr 2020 - ci ildə Gəncə Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Əliyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Əliyev ölümündən sonra
"Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.