2021/05/14846-1621170737.jpg

line
Adı: Turabov
Soyadı: Rüstəm
Ata adı: Fərman
Doğum tarixi: 22.09.1998
Şəhid olub: 15.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi.

Bu zirvəyə yüksələnlərdən biri də Turabov Rüstəm Fərman oğludur. O, 1998-ci ilin sentyabr ayının 22-də Qaradağ rayonunun Güzdək qəsəbəsində anadan olub. Vətən müharibəsi başlayan zaman digər qəhrəman oğullarımız kimi Rüstəm də könüllü olaraq sentyabrın 29-da döyüşlərə qatılıb.

Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərib. 2020-ci ilin oktyabr ayının 10-da Füzulinin azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Rüstəm Turabov Tovuz hadisələri və General Polad Həşimovun öldürülməsi ilə heç vaxt barışa bilmirdi. Buna görə də ailəsindən xəbərsiz döyüşlərdə iştirak etmək üçün könüllü olaraq yazılıb. Atası deyir ki, döyüşlərdə sözün əsl mənasında düşmənin qorxulu yuxusuna çevirilib. O bir sıra ağır tapşırıqların icra olunmasında ön cərgədə yer alıb. Hələ uşaq olarkən "mən Qarabağın azadlığı uğrunda vuruşacam və şəhid olacam" deyirdi. Rüstəm bu arzusunu 22 yaşında reallaşdırdı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Turabov Fərman oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Eyni zamanda Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamı ilə Rüstəm Turabov Fərman oğlu ölümündən sonra "Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

2021-ci ilin mayın 5-də Abşeron rayonunun Güzdək qəsəbəsində şəhidin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa edilib.