2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Şamil Hüseynli sentyabr ayında müharibəyə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Şamil Hüseynli Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 3 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra
"Vətən uğrunda", “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra
"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra
"Qubadlının azad olunmasına görə" medalı ilə də təltif edilib.