2021/05/Scree-1621171558.jpg

line
Adı: Balacayev
Soyadı: Qərib
Ata adı: Nəsib
Doğum tarixi: 25.12.1997
Şəhid olub: 28.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Qərib Nəsib oğlu Balacayev 1997-ci ilin dekabr ayının 25-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Ağdam rayonun Mərzili kəndindən məcburi köçkün olaraq, Beyləqan rayonunun Təzəkənd kəndində məskunlaşıb. 2005-ci ildə həmin kənddə Milli Qəhrəman Əliheydər Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə qəbul olunub.

2016-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2016-ci ilin iyul ayının 8-də hərbi xidmətə çağırılıb. Rabitə kəşfiyyatçısı olaraq xidmət edib. Hərbi xidməti 2018-ci ilin 8 yanvarında başa vurduqdan sonra özəl şirkətlərin birində çalışıb. Daha sonra işdən çıxaraq, 2019-cu il aprelin 9-da hərbiyə qayıdıb və baş sürücü-mexanik kimi BMP idarə edib.

2020-ci il sentyabrın 27-də Vətən Müharibəmiz başlayanda Azərbaycan Ordusunun əsgəri Qərib Balacayev Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Beyləqan rayonunun Təzəkənd kəndində torpağa tapşırılıb.

İki bacının tək qardaşı idi.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Balacayev ölümündən sonra “Vətən uğrunda”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalları ilə təltif edilib.