2021/09/16302-1632114122.jpg

line
Adı: Elnur
Soyadı: Cəfərov
Ata adı: Cəmiyyət
Doğum tarixi: 28.08.1998
Şəhid olub: 03.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Cəfərov Elnur Cəmiyyət oğlu 1998-cı il avqust 28-də Füzuli rayonu Əbrürrəhmanlı kəndində anadan olub.

Azərbaycan Ordusunun MAHHXHQ Elnur Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elnur Cəfərov oktyabrın 3-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında döyüş taşırığını yerinə yetirərəkən düşmən tərəfindən açılan atəş zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cəfərov ölümündən sonra " Vətən uğrunda " medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cəfərov ölümündən sonra " Füzulinin azad olunmasına görə " medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cəfərov ölümündən sonra " İgidliyə görə " medalı ilə təltif edilib.