Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sərxan Həsənov şəhid əmisinin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək arzusu ilə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib.
Sərxan sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Əlibəyli kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Həsənov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Həsənov ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan ölümündən sonra
"İgidliyə görə" medalı ilə də təltif edilib.
Şəhidimiz tək bacının tək qardaşı idi. Əmisi
Həsən Əmiraslan oğlu Həsənov 1-ci Qarabağ müharibəsində şəhid olub (21.05.1995), Əlibəyli kənd qəbristanlığında dəfn edilib. Şəhidimiz atası ilə telefonla danışanda deyirmiş, "Ata, ən böyük arzum əmimin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etməkdir". Anasına şəhid olmamışdan 3 saat öncə zəng vurub, deyib, "Biz əks-hücuma keçmişik. Şəhid olsam, haqqınızı halal edin". Anası ağlayınca deyib ki, "Ağlama, ana. Oğlunla fəxr elə"...