2021/05/Osman-1621174068.jpg

line
Adı: Bayramov
Soyadı: Osman
Ata adı: Zeyqəm
Doğum tarixi: 02.12.1987
Şəhid olub: 04.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Osman Zeyqəm oğlu Bayramov 1987-ci il fevralın 13-də Biləsuvar rayonunun Ağalı kəndində anadan olub. Uşaqlıqdan zəhmətə alışıb, həmyaşıdları arasında dürüstlüyü, mərdliyi ilə seçilib. Torpağa, vətənə qəlbən bağlı olan Osman həqiqi hərbi xidmətini də cəbhə bölgəsində etməyi ilə qürur duyurdu.

2020-ci ilin sentyabrın əvvəlində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) kimi yenicə xidmətə daxil olmuşdu ki, Vətən Müharibəsi başlayır. Səbirsizliklə gözlədiyi gün idi sanki, o gün. Fizuli istiqamətində düz bir həftə boyunca düşmənin keçilməz sədrlərinin darmadağın edilməsində əsl fədakarlıq göstərir. Ardıcıl olaraq Füzulinin bir neçə kəndlərinin alınmasında göstərdiyi qəhrəmanlıq, çətin mövqelərdən silahdaşlarının təxliyəsində riskli addımları bu gün də dostlarının dilindən düşmür.

Oktyabrın 4-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə özü də qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Osman Bayramov doğulduğu Biləsuvarın Ağalıkənd kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

2 qızı əmanət qalıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Osman Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Osman Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Osman Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.