2021/09/13200-1632212906.jpg

line
Adı: Dünyamalıyev
Soyadı: Elşən
Ata adı: Mübariz
Doğum tarixi: 06.04.1997
Şəhid olub: 30.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Elşən Mübariz oğlu Dünyamalıyev 1997-ci il aprelin 6-da Gəncə şəhərində anadan olub. 2003-2012-ci illərdə Gəncə şəhəri, 21 nömrəli məktəbdə orta təhsilə yiyələnib. 2012-2015-ci illərdə isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıb.

Elşən Dünyamalıyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşlərində də məharətini göstərib. 2019-cu ildən isə Elşən müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.



Azərbaycan Ordusunun əsgəri olan Elşən Dünyamalıyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəhidimiz oktyabr 1-də Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elşən Dünyamalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə şəhid Dünyamalıyev "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.

Elşən Dünyamalıyev, həmçinin torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını mərdlik və igidliklə yerinə yetirdiyi üçün Prezidentin Sərəncamına uyğun olaraq, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.