2021/09/SamrA-1631884773.jpg

line
Adı: Samir
Soyadı: Allahverdiyev
Ata adı: Elçin
Doğum tarixi: 07.06.2001
Şəhid olub: 22.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Allahverdiyev Samir Elçin oğlu 20011-ci il, iyunun 7-də Lənkəran şəhərində anadan olub. 2007-2018-ci illərdə R.Məmmədov adına 5 saylı Lənkəran şəhər tam orta məktəbində təhsil alıb.

Samir Allahverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonundakı “N” saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib.

Müharibə zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Samir Allahverdiyev 2020-ci il, oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində torpağa tapşırılıb.

Döyüş meydanında igidliyi ilə seçilən Samir Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.