Abbasov Murad Vasif oğlu 1998-ci il aprel ayının 20- si Lənkəran rayonunun Şıxəkəran kəndində anadan olub. 2004- cü ildə Namiq Həsənov adına Şıxəkəran kənd tam orta məktəbinin 1-ci sinifinə təhsil almağa gedib. 2015-ci ildə həmin məktəbdə 11 illik təhsilini başa vurub. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 1 il 6 aylıq hərbi xidməti bitirib, sağ-salamat doğma evinə qayıdır.
2020-ci il sentyabr ayın 27-də Vətən Müharibəsi başlayanda Murad tərəddüd etmədən cəbhəyə yollanır. Döyüş yoldaşlarının dediyinə görə o, şücaətlə vuruşurmuş.
2020- ci il oktyabr ayının 23-də Murad gərgin döyüşlərin birində Şəhidlik zirvəsinə ucalır. Bir gün sonra doğma kəndlərində, Şah İsmayıl Xətainin ulu babası Şeyx Zahid Gilaninin məzarının yanında dəfn olunur.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Abbasov ölümündən sonra «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə» və «Qubadlının azad olunmasına görə» medalar ilə təltif edilib.