20 yaşlı gənc Rövşən Vətən müharibəsində iştirak edib, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşub. Yoldaşları ilə birgə bu əməliyyatlarda düşmənin xeyli sayda canlı qüvvə və texnikasını sıradan çıxarıb. 20 yaşlı igid düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidimiz 29 sentyabrda Biləsuvar rayonu Nərimankənddə dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Eynullayev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etdiyi üçün Eynullayev ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edildi.
Şəhidimizin təltifləri arasında Prezident Sərəncamı ilə ölümündən sonra tədqim edilən
"Döyüşdə fərqlənməyə görə" medalı da var.