2021/09/Captu-1632688532.jpg

line
Adı: Əkbərov
Soyadı: İbarət
Ata adı: Faiq
Doğum tarixi: 21.05.1993
Şəhid olub: 12.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Əkbərov İbarət Faiq oğlu 1993-cü il mayın 21-də Yardımlı rayonu Mırımlı kəndində anadan olub.

İbarət Faiq oğlu Əkbərov 21 mart, 1993-cü ildə Yardımlı rayonunun Mirimli kəndində anadan olub. O, 2008-ci ildə Məlikli kənd orta məktəbinin 8-ci sinfini bitirmişdi. İbarətin valideynləri Cəlilabad rayonunun Privolnoye kəndinə köçdüyünə görə, təhsilini həmin kənddəki E.Hüseynov adına tam orta məktəbdə davam etdirmişdi.

Azərbaycan Ordusunun əsgəri İbarət Faiq oğlu Əkbərov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşüb. Sentyabrın 28-də yaralansa da, döyüşməyə davam edib. Düşmənin "Ohanyan" səddinin yarılmasında şücaət göstərən İbarət oktyabrın 2-də əlindən yaralanıb. Hospitala gətirilsə də, 5 gün sonra geri, oktyabrın 7-də döyüşlərə qayıdıb. İbarət Əkbərov oktyabrın 12-də Füzuli döyüşləri zamanı odlu silahla zədələnmə nəticəsində şəhid olub.


Atası danışır ki, Tatarstanda olanda ermənilərlə aralarında dava düşür. Bir erməni atasına deyir ki, gücünüz çatarsa, özünüzü Qarabağda göstərin. O zaman İbarət önə atılaraq -"Qarabağda atam yox, özüm sizə gücümü göstərəcəyəm!"- deyir.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, igidliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İbarət Əkbərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.

İki övladı yadigar qalıb.