2021/05/Kamra-1621182403.jpg

line
Adı: Səmədov
Soyadı: Kamran
Ata adı: Ceyhun
Doğum tarixi: 28.02.1997
Şəhid olub: 22.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Bu müqəddəs yolda şəhidlərimizin Vətən sevgisini sabahlarımız üçün yaşadacağıq. Şəhidlər xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatmaqdadır.

Şəhidlik müqəddəsdir. Şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür. Şəhidlik şərəf, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur.

İkinci Qarabağ müharibəsində bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən Vətən və xalq yolunda canını fəda edən döyüşçülərimizdən biri də Kamran Ceyhun oğlu Səmədovdur.

Kamran Ceyhun oğlu Səmədov 1997-ci il fevralın 28-də Lənkəran rayonunun Liman şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kamran Səmədov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səmədov Kamran ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.