2021/09/taleh-1632178654.jpg

line
Soyad: Aslanov
Ad: Taleh
Ata adı: Elman
Doğum tarixi: 01.12.1996
Şəhid olub: 01.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Aslanov Taleh Elman oğlu 1996-cı il dekabrın 1-də Goranboyda anadan olub.

Vətən Müharibəsi zamanı hərbi xidmətini Manqanın tuşlayıcısı kimi keçib. Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Taleh Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.