Qismət Qasımov (tam adı: Qismət Yolçu oğlu Qasımov; 5 mart 1993; Göyçay, Azərbaycan — 25 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Qismət Qasımov 1993-cü il martın 5-də Göyçay rayonunun Məlikkənd kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Qismət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Qismət Qasımov oktyabrın 25-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
**
Qismət Qasımovun anası Zümrüd Əliyeva övladının qəhrəmanlığı ilə qürur duyur. Deyir ki, o, uşaqlıqdan zəhmətkeş idi, vətənpərvər idi. Hərbi xidmətdə olanda evə tərifnamələr gəlirdi. 27 yaşlı şəhidimizin ürəyində o qədər vətən sevgisi vardı ki, döyüşlər başlamazdan əvvəl sentyabrın 21-də könüllü olaraq müraciət edib.
Övladının döyüşlərdə fərqlənməsindən fəxrlə danışan Zümrüd xanım deyir ki, Qismət bir sıra kəndlərin alınmasında iştirak edib, qəhrəman kimi döyüşüb. Oktyabrın 25-də Ağdam uğrunda gedən döyüşlər Qismətin qismətinə yazılan son döyüş olur.
Vətəni canından artıq sevən şəhidimizlə təkcə ailəsi deyil, doğulduğu, Göyçayın Şıxbəy kəndi də fəxr edir. Bacısı Ülviyyə bütün hisslərini qardaşına həsr etdiyi şerlə ifadə elədi.
Qismətin ibtidai sinif müəlliməsi yetişdirdiyi şagirdinin içində vətən sevgisinin uşaqlıqdan olduğunu dedi
Qismətin uşaqlıq dostu Fərid Qasımov şəhidimizin uşaqlıq xatirələrindən danışdı.
Məlum oldu ki, Qismət Qasımov Göyçayın Şıxbəy kəndinin tək şəhidi deyil.
Ölümündən sonra “Vətən uğrunda” medalıilə təltif edilən Qismət beləcə adını tarixə yaxdıran şəhidlərimizdən biri oldu və hər birimizin yaddaşına əbədi köçdü.