2014-cü ildə həmin məktəbi bitirib. Orta təhsilini başa vurduqdan sonra, 2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.
Azərbaycan Ordusunun əsgəri Məhəmməd Nail oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlı rayonlarının alınması uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Şəhid əsgər Məhəmməd Vəliyevin nəşi 23 oktyabr 2020-ci il tarixdə Sarıcəfərli kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Ailəli idi. Əkiz uşağı yadigar qaldı..
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Nail oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
memorial.az