2021/05/Scree-1621232144.jpg

line
Adı: Quliyev
Soyadı: Murad
Ata adı: Şahin
Doğum tarixi: 11.08.1998
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı
Quliyev Murad Şahin oğlu 1998-cı il avqustun 11-də Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olub.

Azərbaycan Ordusunun MAHHXHQ Murad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Quliyev oktyabrın 4-də Füzuli rayon istiqamətində gedən hərbi əməliyyatlar zamanı döyüş taşırığını yerinə yetirərəkən düşmən tərəfindən açılan nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Murad Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Murad Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən Murad Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirilməsinə və düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməyə görə Prezident İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilib.