Taryel Fəxrəddin oğlu Atayev 1986-cı il sentyabrın 5-də Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub.
Taryel Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Taryel Atayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Taryel Atayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.
2022-ci ilin yanvar ayında Ağcabədinin Minəxorlu kəndində Tariyelin ailəsi üçün yeni ev tikilib. Ev Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına inşa olunub. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, tanınmış ictimai xadimlər və kənd sakinləri iştirak ediblər.