2021/05/munis-1621237681.jpg

line
Soyad: Abbaslı
Ad: Munis
Ata adı: Həbibullah
Doğum tarixi: 18.03.2000
Şəhid olub: 14.10.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Munis Həbibullah oğlu Abbaslı 2000-ci il martın 18-də Beyləqan rayonunda anadan olub. 2007-2018-ci illərdə Beyləqan rayonu F.Hacıyev adına 2 saylı tam orta məktəbdə təhsil alıb.

Abbaslı Munis 2020-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun əsgəri olan Abbaslı Munis 2020-ci il, sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Abbaslı Munis oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Munis Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Munis Abbaslı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını
yerinə yetirərkən mərdlik və igidlik göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Munis Abbaslı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.