2021/05/Scree-1621245365.jpg

line
Adı: Bəyişli
Soyadı: Elgün
Ata adı: Teyuf
Doğum tarixi: 06.03.1996
Şəhid olub: 10.11.2020
Rütbəsi: MAHHXQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Bəyişli Elgün Teyuf oğlu 1996-cı il martın 6-da Beyləqan rayonu Təzəkənd kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Elgün Bəyişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı vuruşub. Elgün Bəyişli noyabrın 10-da Şuşa şəhəri istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Bəyişli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Bəyişli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib..

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Bəyişli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Bəyişli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhidin həyat və döyüş yolu ilə bağlı video materialı təqdim edirik: