2021/10/a-1633037949.jpg

line
Adı: İsgəndərov
Soyadı: Əlizamin
Ata adı: Həmid
Doğum tarixi: 06.11.1977
Şəhid olub: 05.11.2020
Rütbəsi: MAHHXHQ çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Əlizamin Həmid oğlu İsgəndərov 1977-ci il dekabrın 6-da Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1984-1996-cı illərdə Milabad qəsəbəsi tam orta məktəbində təhsil alıb. Güləş idman növü ilə məşğul olub.

Əlizamin İsgəndərov 1996-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti zamanı müdafiə naziri Səfər Əbiyevin mühafizə xidmətinin üzvü olub. 2006-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi və Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində rabitəçi olaraq xidmət edirdi. 2016-cı ildən müqavilə əsasında Kəşfiyyat Manqasının Komandiri idi.

Azərbaycan Ordusunun çavuşu olan Əlizamin İsgəndərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlizamin İsgəndərov noyabrın 5-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əlizamin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əlizamin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əlizamin İsgəndərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Ailəli idi. Dörd övladı yadigar qaldı.