2021/09/naim-1631816573.jpg

line
Soyad: Ağayev
Ad: Naim
Ata adı: Süleyman
Doğum tarixi: 29.08.1998
Şəhid olub: 30.10.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Naim Süleyman oğlu Ağayev 29 avqust 1998-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində dünyaya göz açıb. Əslən Ağcabədi rayonunun Muğanlı kəndindən idi. 2004-cü ildə Azərbaycana köçən Naim elə həmin il Sarvan Quliyev adına Ağcabədi rayon Muğanlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Ordudan tərxis olunandan sonra O, MAHHXHQ əsgər olur. 2020-ci ilin 7 iyununda yenidən ordu sıralarına çağırılır. 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayır. Əsgər Naim Ağayev də döyüş yoldaşları, silahdaşları ilə birlikdə mühüm hərbi əməliyyatlarda iştirak edir və döyüş tapşırıqlarını böyük müvəffəqiyyətlə yerinə yetirir. 30 oktyabr 2020-ci ildə MAHHXHQ Əsgər Naim Ağayev Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" "İgidliyə görə" medalları ilə təltif edilib.