2021/05/Scree-1621260463.jpg

line
Adı: Bədəlov
Soyadı: Elməddin
Ata adı: Dəyanət
Doğum tarixi: 06.03.2000
Şəhid olub: 29.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vətən müharibəsinin 20 yaşlı qəhrəmanı, şəhid Elməddin Bədəlov döyüşlərdə göstərdiyi şücaətlə seçilib. O, düşmən sədlərinin yarılmasında fəal iştirak edib və cəbhədən gələn ilk qələbə xəbərində onun da payı olub.

Əslən Füzuli rayonunun Kərimbəyli kəndindən olan Elməddin Dəyanət oğlu Bədəlov 2000-ci il martın 3-də Bakı şəhərində dünyaya göz açıb. 2006-cı ildə şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində təhsil almağa başlayan Elməddin vətənpərvərliyi ilə seçilib. Gələcəkdə hərbçi olmaq onun ən böyük arzusu idi. İdmana da marağı olan Elməddin güləşdəki uğurları ilə fərqlənib. 2018-ci ildə hərbi xidmətə sevinclə yola düşərək, ön cəbhədə qulluq edib.

Hərb sahəsinə marağı olduğu üçün Elməddin müddətdən artıq xidmətçi kimi yenidən Vətənin keşiyində dayanıb. Vətən müharibəsində döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsində fəallıq göstərib. Kəşfiyyatçı kimi düşmənin arxasına keçərək, təkbaşına Füzulinin Merdinli kəndində 16 ermənini məhv edib və döyüş yoldaşları üçün yol açıb. Daha sonra Füzulinin Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə ən çətin düşmən məntəqələrinin məhv olunmasında iştirak edib. Sentyabrın 29-da şəhid olarkən dediyi söz isə belə olub: “Yenə canım olsaydı, onu da Vətənim üçün fəda edərdim...”


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elməddin Bədəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elməddin Bədəlov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Bədəlov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.