2021/05/21195-1621271310.jpg

line
Adı: Cəbiyev
Soyadı: Qardaşağa
Ata adı: Nizami
Doğum tarixi: 13.10.1997
Şəhid olub: 03.11.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Qardaşağa Cəbiyevdir.

Cəbiyev Qardaşağa Nizami oğlu 1997-ci il yanvar ayının 13-də Siyəzən şəhərinin Balaca Həmyə kəndində anadan olub. 2003-cü ildə Balaca Həmyə kənd tam orta məktəbinə daxil olur. 2014-cü ildə həmin məktəbi bitirir. Bir neçə il Sərbəst güləş idman növü ilə məşğul olub.

Medallar, fəxri fərmanlarla təltif olunub. 04.04.2016 tarixində həqiqi hərbi xidmətə çağırılıb. 04.10.2017 tarixində xidmətini uğurla başa vurub. 2018-ci ilin sentyabr ayında müddətdən artıq hərbi qulluqçu kimi yenidən Vətənə xidmətə başlayıb. Qardaşağa Cəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli,Qubadlı,Xocavənd,Şuşa rayonlarının və Hadrud qəsəbəsinin azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib.

Qardaşağa Cəbiyev 03.11.2020 tarixində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə canından çox sevdiyi Vətən uğrunda qəhrəmancasına şəhid olub. 04.11.2020 tarixində Siyəzən şəhəri Balaca həmyə kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qardaşağa Cəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

memorial.az