2021/09/11-1632091863.jpg

line
Soyad: Ağayev
Ad: Ağabala
Ata adı: İlqar
Doğum tarixi: 18.03.1997
Şəhid olub: 12.10.2020
Rütbə: Kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Ağabala İlqar oğlu Ağayevdir. O, 1997-ci il martın 3-də Şabran rayonunun Çölquşçu kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu Ağabala Ağayev Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran rayonunun Çölquşçu kəndində dəfn edilib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən Ağabala Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.