Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan Rövşən Hüseynovdur.
Hüseynov Rövşən Kazım oğlu 1995-ci il avqustun 21-də Bakı şəhərində dünyaya gəlib.
Evin sonbeşiyi olan Rövşən daim ailənin diqqətində olub. O, 2001-ci ildə Bakı şəhəri A.Məmmdov adına 115 saylı orta məktəbin 1-ci sinifinə gedib.
2009-cu ilin yanvar ayının 2 də qəfil atası Hüseynov Kazım Mustafa oğlunun rəhmətə getməsi Rövşənin uşaq yaşlarından həyatın hər bir çətinliyinə sinə gəlmək, mübariz olmaq, məqsəd və amalı uğrunda inadlı mübarizə aparmaq vərdişlərini yaradıb. 2010-cu ildən etibarən Rövşən orta təhsilini Bakı şəhəri A.Mustafayev adına 202 saylı orta məktəbdə davam etdirib və 2012-ci ildə həmin məktəbin məzunu olub.
2013-cü ildə Rusiya Federasiyası Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun iqtisadiyyat fakültəsinə daxil olub. 2017-ci ildə həmin fakültəni bakalavr dərəcəsi üzrə bitirib. 2017 ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanıb. Ön xətdə düşmənlə üz-üzə "Murovdağ" istiqamətində xidmətdə olub. Hərbi hissədə göstərdiyi xidmətlərinə görə fərqlənb və komandanlıq tərəfindən mükafatlandırılaraq fəxri fərmanla təltif olunub. 2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətdən tərxis olunub.
Həqiqi hərbi xidmətdə olduğu dövrdə mənfur düşmənin üstün mövqeyi, ərazilərimizin işğalı Rövşəndə qisas hissini daha da gücləndirib. O, xidmətdən sonrakı dövrdə torpaqlarımızın işğaldan azad olunacağı barədə çağırış gözlədiyini öz söhbətlərində bildirib.
Nəhayət Rövşən 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən Müharibəsinə qatılaraq təkrar hərbi xidmətə qayıdıb. Onun döyüş yolu Cəbrayıl, Xocavənd və Füzuli rayonlarında davam edib. Döyüş yoldaşlarının bildirdiklərinə görə Rövşən döyüşlər zamanı yaranmış çətinliklərə baxmayaraq, heç zaman ruhdan düşmür, əldə olunmuş qələbədən daha da ruhlanaraq düşmənə qarşı daha çevik əməliyyatlarin aparılmasında iştirak edib. İstər rabitə əlaqəsinin təmin olunması, istərsədə döyüşlərdə iştirakı onun qorxmazlığı və özünə inamından irəli gəlirdi. Uzun illər düşmən nəzarətində olan torpaqlarimizin azad olunmasi Rövşənin ilham və qürur mənbəyi olub. Vətən müharibəsi zamanı Rövşən ailəsi ilə əlaqə saxlayanda hər şeyin qaydasında olduğunu, sürətlə torpaqlarımızın azad olunmasınından qürur hissi ilə danışırdı. Tezliklə bütün ərazilərin azad edəcəkləri tam əminliklə bildirirdi. Anasına özündən muğayat olmasını, ondan nigaran qalmamasını hər dəfə əlaqə saxladıqda bildirirdi.
Rövşən Hüseynov mənfur düşmənlə 2020-ci il oktyabrın 23-də Füzuli rayonunun , Kürdlər kəndi ərazisində gedən döyüşlər zamanı aldığı qəlpə yaralarindan şəhid olub. Oktyabrın 25-i Bakı şəhərində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları əsasında ölümündən sonra " Vətən ugrunda", "Xocavəndin azad olunmasina gorə" və " Füzulinin azad olunmasına gorə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamı əsasında yaşadığı ünvana Şəhid Rövşən Hüseynov küçəsi adı verilib.
Şəhid Rövşən Hüseynov xalqına, dövlətinə hüquq mühafizə orqanlarında çalisaraq xidmət etmək arzusunda idi. O, bunun üçün lazımi fiziki hazırlığa və biliyə malik idi. Arzusunu reallaşdırmaq üçün Rövşən Daxili İşlər Nazirliyində müvafiq yoxlanışdan uğurla keçmiş və müsbət rəy almışdı. Lakin Vətən müharibəsinin başlanması ilə bağlı Rövşən torpaqlarımızın azad olunması mübarizəsinə qoşulur və bu yolda şəhid olur.