2021/09/24260-1632436705.jpg

line
Adı: Əlizadə
Soyadı: Pərvin
Ata adı: Vüqar
Doğum tarixi: 11.09.1993
Şəhid olub: 20.10.2020
Rütbəsi: leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Pərvin Vüqar oğlu Əlizadə 1993-cü il sentyabrın 11-də Bərdə rayonunun Qazaxlar kəndində anadan olub. Pərvin Əlizadənin ailəsi əslən Laçın rayonunun Minkənd kəndindəndir. Azərbaycanın Laçın rayonu Ermənistan tərəfindən işğal olunduqda ailəsi Bərdə rayonunda müvəqqəti məskunlaşıb. Pərvin Əlizadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. "Laçın Kikboksinq Klubu"nun idmançısı idi. Tbilisi şəhərində keçirilən yarışda Zaqafqaziya çempionu, dəfələrlə respublika çempionatının və birinciliklərinin mükafatçısı olub. Müxtəlif fəxri fərmanlarla təltif olunub. İdman hakimi idi. Nişanlı idi, ailə qurmaq qisməti olmadı...



Həqiqi hərbi xidmətini Fövqalədə Hallar nazirliyində keçib. Leytenant hərbi rütbəsinə layiq görülüb. Azərbaycan Ordusunun leytenantı, tağım komandiri Pərvin Əlizadə 2020-ci il sentyabrında başlayan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərvin Əlizadə 2020-ci il oktyabrın 20-də Ağdərə istiqamətindəki "Tülkü dərəsi" deyilən yerdə 703 saylı hərbi hissənin 5-ci bölüyünün 12-ci postunda şəhid olub. Bərdə rayonunun Birinci Qazaxlar kəndində dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı, digər Sərəncamlara əsasən “Suqovuşanın azad olunmasına görə” "Cəsur döyüşçü" medalları ilə təltif edilib.