2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə fəal olan şəhidimiz Füzulinin alınmasında yaxından iştirak edib. Oktyabrın 28-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə yüksəlib.
Anası Xuraman Baxışova kasıbçılıqla böyütdüyü övladını belə gənc yaşlarında itirsə də, qürurludur: “Vətən üçün son damla qanına qədər döyüşən, xeyirli, qəhrəman övlad yetişdirdiyim üçün fəxr edirəm”.
Sonuncu dəfə ailəsi Sadiqlə oktyabrın 15-də telefonla danışıb. Harada olduğunu soruşsalar da, ailəsinin narahat olmaması üçün yerini deməyib. Bircə deyib ki, "zəfərlə qayıdacağıq, Allaha əmanət olun".
Müharibənin ən qızğın yerlərində olan şəhidimizin ölümündən sonra anası bilib ki, o, qohum-əqrəbaya, dostlarına "mən şəhid olacağını" deyirmiş.
Hərbi xidmət müddətində seçilən əsgərlərdən olan Sadiq Baxışov Vətən Müharibəsində qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra
“Vətən uğrunda” medalı ilə təltif edilib.
(oxu.az)