Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də
Mehdiyev Rəşad Rəhman oğlu 24 aprel 1997-ci ildə Xırdalan şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. Daha sonra Azərbaycan Texniki Universititetinin Sabah qruplarında təhsilini davam etdirib. Universititeti fərqlənmə diplomu ilə bitirib. Elektron Hökümətin İnkişafı Mərkəzində proqramçı vəzifəsində çalışırdı.
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. Rəşad Mehdiyev 21.10.2020-ci ildə Ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qeyd edək ki, Rəşadın atası Rəhman Mehdiyev də Birinci Qarabağ müharibəsi qazisidir.