2021/05/Rasim-1621281502.jpg

line
Adı: Rufullayev
Soyadı: Rasim
Ata adı: Yadigar
Doğum tarixi: 31.08.1997
Şəhid olub: 06.11.2020
Rütbəsi: Mahhxhq əsgər
Təltifləri
«Vətən uğrunda» medalı

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rasim Rufullayevdir.

Rasim Yadigar oğlu Rufullayev 1997-ci il avqustun 31-də Yardımlı rayonunun Zevin kəndində anadan olub.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Rasim Rufullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Rasim Rufullayev noyabrın 6-da şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Rufullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.