Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Rafiq Heydərovdur.
Heydərov Rafiq Rahim oğlu 01.07.1995-ci ildə Baki şəhərdə anadan olub. 2001-ci ildə 1-ci sinifə gedib. Binəqədi rayonu,157 nömrəli məktəb.
Məktəb illərində futbol,basketbol,üzgüçülük kimi idman növləri ilə məşğul olub.
Müxtəlif yarişlarda rayon və Baki şəhəri üzrə iştrak edib,nailiyyətlər əldə edib.
2012-ci ildə məktəbi bitirib və Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunub, 2016-ci ildə bitirib.
Həmin il magist pilləsinə qəbul olunub və bir il sonraya saxlayib,milli ordu xidmət etməyə gedib. Xidmətini uğurla başa vurub,magistr təhsilini dəvam edib. 27.09.2020-ci tarixdə erməni təcavüzkarlarının hücumu nəticəsində başlayan müharibə vətənpərvər ruhda böyümüş Rafiq evin bir oğlu olmasına baxmayaraq hərbi xidmətə gətməyə qərara gəlir.
Rafiq Heydərov 14 okytabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. 18.10.2020-ci ildə ikinci Fəxri Xiyabinda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid Rafiq Heydərov "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.