2021/09/11111-1632581103.jpg

line
Adı: Əsədli
Soyadı: Əsəd
Ata adı: Mahir
Doğum tarixi: 17.06.1995
Şəhid olub: 09.11.20
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Əsədli Əsəd Mahir oğlu 1995-ci il iyunun 17-də Masallının Çayqıraq kəndində anadan olub. Bakının Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə daxil olub. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılan igid döyüşçü Naxçıvan Muxtar Respublikasında bir il kəşfiyyatçı kimi xidmət edib. Hərbi mükəlləfiyyət dövründə nümunəvi xidmət etdiyi üçün dəfələrlə təltif olunub.

Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində baş verən döyüşlər onu hiddətləndirib və könüllü olaraq döyüşlərə yollanmaq üçün ərizə ilə müraciət edib.
Vətən müharibəsi başlandıqdan sonra ilk günlərdən döyüşlərə qatılıb, Füzulidə, Xocavənddə düşmənə ağır zərbələr vurub. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Əsəd döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü şəhid olub. O, döyüşə getməzdən əvvəl çəkdiyi videoda deyilən fikir ilə də yaddaşlarda qaldı: “İnşallah sağ qayıdarıq, əgər şəhid olsaq belə, biz ölməyəcəyik.”

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əsəd Əsədli ölümündən sonra "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.