2021/09/natqa-1632215318.jpg

line
Adı: Əhmədov
Soyadı: Natiq
Ata adı: Namiq
Doğum tarixi: 09.03.1997
Şəhid olub: 11.10.2020
Rütbəsi: Çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Natiq Namiq oğlu Əhmədov 1997-ci il, mart ayının 9-da Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Üç bacının tək qardaşı kimi böyümək məsuliyyətini artırmaqla yanaşı onu gücləndirmişdi. Bacılarının hər çətinliyinə özünü yetirən, buna lap uşaqlıqdan vərdiş edən Natiq dar günündə vətənini də tək qoya bilmir.

Natiq, sentyabrın 29-da könüllü olaraq Vətən müharibəsinə qoşulur. Gedərkən yalnız bacısına xəbər verir, atasına isə heç nə demir ki, narahat olmasın. Lakin Natiqin atası Namiq təcili yardımda işlədiyindən, əsgər gedənlərin tibbi müayinəsi ona da həvalə olunubmuş. Əsgərlərin arasında oğlunu təsadüfən görür. Namiq həmin günü belə xatırlayır: “Həmin gün xəstəxanada növbətçi idim. Gecə saat 1-də Natiqi yoldaşları ilə birgə döyüşə özüm yola saldım. Oradan zəng edirdi ki, ata, salamatçılıqdır, irəliləyirik. Yaxşı olacaq, sizin intiqamınızı alacağıq, erməniləri qovacağıq torpağımızdan. “Sübhdən mənə zəng elədi ki, ata, hücuma gedirik Hadruta. Orada ola bilər ki, əlaqə saxlaya bilməyək. Ağır döyüşlər gedir, haqqını halal elə. Amma narahat olma, sən mənimlə həmişə fəxr edəcəksən. Füzulidə döyüşürdü. Oktyabrın 11-i sübh tezdən mənə zəng etdi, dedi ki, ata, hücuma gedirik Hadruta. Oradan ola bilər ki, əlaqə saxlaya bilməyim. Ağır döyüşlər gedir, haqqını halal elə. Amma narahat olma, sən mənimlə həmişə fəxr edəcəksən”.



Natiq Əhmədov elə oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olur. Uşaq yaşlarında anasını itirən Natiqin şəhadəti anasının öldüyü günə təsadüf edir. O, oktyabrın 13-də, elə anasıyla eyni gündə də dəfn edilir. Məzarı Binə Şəhidlər Xiyabanındadır.



Döyüş yoldaşı Hüseyn Qurbanov Natiqin ölüm anını belə xatırlayır: “Hadrut istiqamətinə dağla qalxırdıq, hücuma keçirdik, ermənilər bizi artilleriya zərbəsinə tutdu. Mən Natiqlə birlikdə gedirdim, ondan bir az geridə idim. Axırıncı top mərmisi Natiqin yanına düşmüşdü. Mən gəlib Natiqə çatanda qan itirirdi. Çox qan itirmişdi, kömək edə bilmirdim. Başını aldım qollarımın arasına, dilini-dodağını islatdım, üzünü şillələdim ki, yatma, danış mənimlə! Beş-altı saniyə baxdı üzümə, dedi, gedirəm anamın yanına. Mən bölüyə çatanda bölük komandirinin ilk sualı bu oldu ki, “Natiq haradadır?” Dedim, Natiq yoxdur, dizlərimi yerə atıb başladım ağlamağa..."

Döyüş yoldaşı onun qolundakı qanlı saatını və şəhid olduğu yerin torpağını yadigar olaraq götürüb.



Komandiri Eldar Bəhramlı üçün Natiq çox əziz əsgər olub: “Bölüklə Hadruta girəndə şəxsi heyətə baxırdım, uşaqların çoxu yox idi. Mənim gözüm Əhmədov Natiqi axtarırdı... Üç gün, iki gün görmədiyin əsgəri sonra yenidən görürdün, elə bil dünyanı verirdilər sənə. Öz-özümə fikirləşdim ki, Əhmədov Natiq də haradadırsa, gəlib çıxacaq. Onun ölümü mənə çox təsir etdi”.

Döyüş yoldaşı Hüseyn Qurbanov onun qisasını alacağına söz verib və yaralandığı günə qədər Natiqin silahı ilə döyüşüb

Prezident İlham Əliyevin sərəncamı ilə çavuş Natiq Namiq oğlu Əhmədov ölümündən sonra “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.